IEA: Venesuela və ABŞ neft bazarı üçün sürprizdir

IEA: Venesuela və ABŞ neft bazarı üçün sürprizdir Bakı. 18 yanvar. REPORT.AZ/ Venesuelada neft hasilatının həcminin kəskin azalması və ABŞ-da şist neft hasilatının həcminin artmaqda davam etməsi 2018-ci ildə neft bazarı üçün sürpriz ola bilər. 
Energetika
18 Yanvar , 2018 19:28
IEA: Venesuela və ABŞ neft bazarı üçün sürprizdir

Bakı. 18 yanvar. REPORT.AZ/ Venesuelada neft hasilatının həcminin kəskin azalması və ABŞ-da şist neft hasilatının həcminin artmaqda davam etməsi 2018-ci ildə neft bazarı üçün sürpriz ola bilər. 

"Report" xəbər verir ki, bunu "Bloomberg" agentliyinə müsahibəsində Abu-Dabidə (BƏƏ) keçirilən energetika forumunda Beynəlxalq Energetika Agentliyinin (IEA) rəhbəri Fatih Birol deyib. 

O, dünyada elektromobillərin sayının artmasının neftə tələbata təsiri barədə suala cava verərək bildirib ki, tələbatı minik avtomobillərindən daha çox aviasiya, dəniz daşımaçılığı, neft-kimya sektoru, yük maşınları formalaşdırır. IEA rəhbəri 30 il əvvəl başlayan "dayanıqlı energetika" müzakirələrinə münasibət də bildirib və deyib ki, 1987-ci ildən karbohidratların qlobal enerji bazarında xüsusi çəkisinin dəyişməyərək 81% qalıb. 

F.Birol IEA-nın son hesabatına istinad edərək xatırladıb ki, 2018-ci ildə neft bazarında sabitlik gözlənilir: "Əgər bazarda vəziyyət ancaq tələb və təklif əsasında müəyyənləşsə, qiymətin 70 dollar/bareldən çox olması gözlənilmir. Venesuela və ABŞ-ın sürprizləri isə müxtəlif yeni ssenarilər yarada bilər".

Son xəbərlər

Orphus sistemi