İsveçrənin neft şirkəti Xəzər regionu üzrə regional ofisini Bakıda açıb

İsveçrənin neft şirkəti Xəzər regionu üzrə regional ofisini Bakıda açıb İsveçrənin İntegral Petroleum SA şirkəti Azərbaycanla əməkdaşlığını genişləndirmək istəyir.
Energetika
21 Oktyabr , 2019 11:52
İsveçrənin neft şirkəti Xəzər regionu üzrə regional ofisini Bakıda açıb

"İsveçrənin "İntegral Petroleum SA" şirkəti Azərbaycanla əməkdaşlığını genişləndirmək istəyir".

"Report" xəbər verir ki, bunu Azərbaycan-İsveçrə biznes forumunda çıxışı zamanı "İntegral Petroleum SA" şirkətinin direktoru Murat Seitnepesov deyib.

O bildirib ki, şirkətləri neft-kimya məhsullarını, polimerləri, gübrələri dünya bazarlarına ixracı ilə məşğuldur: "İnteqral Petroleum" Azərbaycanla işləyir. Biz Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodunda quraşdırma işlərində iştirak etmişik. Eyni zamanda biz Türkmənistandan konteyner daşımaları ilə də məşğul oluruq. Daşımalar əməliyyatları zamanı Bakı- Axalkalaki-Qars dəmiryolundan istifadə edirik. Azərbaycanla daha geniş şəkildə əməkdaşlıq etmək istəyirik. Bakıda ofisimizi açmışıq. O, Xəzər regionu üzrə regional ofis xarakteri daşıyacaq".

Son xəbərlər

Orphus sistemi