İraq neft hasilatını daha 1% azaltmağı təklif edib

İraq neft hasilatını daha 1% azaltmağı təklif edib Bu istiqamətdə OPEC+ ölkələri müzakirələr aparır
Energetika
19 Sentyabr , 2017 16:23
İraq neft hasilatını daha 1% azaltmağı təklif edib
Report

Bakı. 19 sentyabr. REPORT.AZ/ İraq OPEC+ anlaşmasında iştirak edən digər ölkələrlə yanaşı neft hasilatının həcminin daha 1% azaldılması fikrini dəstəkləyib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı İraqın neft naziri Cabbar Əli Hüseyn əl-Lueybi verib.

Nazirin sözlərinə görə, OPEC+ anlaşmasının iştirakçıları bu istiqamətdə danışıqlar aparsa da, hələlik tam qərar alınmayıb. Qeyd edək ki, hazırda İraq neft hasilatının azaldılması ilə bağlı götürdüyü 210 min barel/gün həcmində öhdəliyi artıqlaması ilə yerinə yetirir və 4,32-4,35 mln. barel/gün neft hasil edir. 

Son xəbərlər

Orphus sistemi