İranın qərbində iri şist neft yatağı aşkarlanıb

İranın qərbində iri şist neft yatağı aşkarlanıb Bölgədə həmçinin şist neft qazının mövcudluğu araşdırılır
Energetika
20 Fevral , 2017 14:34
İranın qərbində iri şist neft yatağı aşkarlanıb

Bakı. 20 fevral. REPORT.AZ/ İranın qərbində sənaye hasilatına yararlı olan 2 mlrd. barel həcmində şist neft ehtiyatları tapılıb.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkəti (NİOC) məlumat yayıb.

NİOC-un Kəşfiyyat Departamentinin müdir müavini Bəhmən Süleymaninin sözlərinə görə, araşdırmalar əsasında məlum olub ki, Lorestan vilayətində həcmi 2 mlrd. barelə yaxın olan şist neft yataqları kəşf edilib. Bu, yüngül neft növüdür və sənaye potensialına sahib olan ilk neft ehtiyatlarıdır. B.Süleymani həmçinin bölgədə şist neft qazının kəşfiyyatının aparıldığını bildirib.

Son xəbərlər

Orphus sistemi