Yuxarı

​İranın neft naziri Azərbaycan nümayəndə heyətini qəbul edib

Tərəflər qarşılıqlı əlverişli şərtlərlə karbohidrogenlərin nəqli istiqamətində əməkdaşlıq imkanlarını dəyərləndiriblər

Bakı. 5 avqust. REPORT.AZ/ Avqustun 4-də Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılığı ilə Tehranda səfərdə olan nümayəndə heyəti İranın neft naziri Bijən Namdar Zəngənə ilə görüşüb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nümayəndə heyətinin tərkibində SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, şirkətin Qaz İxrac İdarəsinin rəis müavini Kamal Abbasov və SOCAR-ın İrandakı nümayəndəliyinin direktoru Oqtay Sadıqzadə də olublar.

Görüşdə Azərbaycan və İran arasında enerji sektorunda əməkdaşlığın mövcud vəziyyəti və mümkün perspektivləri müzakirə edilib. Azərbaycanla İran arasında qaz mübadiləsinə dair svop müqaviləsinin uzun müddətdir ki, vaxtı-vaxtında yerinə yetirildiyi qeyd olunub. Tərəflər qarşılıqlı əlverişli şərtlərlə karbohidrogenlərin nəqli istiqamətində əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi