Yuxarı

İran yeni növ ağır neft satmağı planlaşdırır

Satışa bu ilin yazından başlanması nəzərdə tutulur

Bakı. 11 yanvar. REPORT.AZ/ İran Qərbi Karuna yataqlarında hasilatın artması ilə əlaqədar 2016-cı il yazın əvvəllərindən yeni növ ağır neft satmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə İran Milli Neft Şirkəti (NIOC) nümayəndəsinə istinadən "Bloomberg" məlumat yayıb.

Qeyd olunur ki, yeni növ neft Yadavaran (Xuzistan əyaləti), Şimali və Cənubi Azadeqan və başqa yataqlardakı neftlərin qarışığı şəklindədir. Onun sıxlığı "Soroosh" və "Nowrooz" markalarından az, amma "Iran Heavy" qarışığından çox olacaq.

Məlumatda bildirilir ki, yeni neft sortu üçün hələ ad düşünülməyib. Bu neftin əsas satış bazarı Asiya ölkələri olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi