Bakı. 1 oktyabr. REPORT.AZ/ İranın PEDEC neft mühəndis-tikinti şirkəti ümumi tutumu 10 milyon barel olan neft anbarının inşası barədə müqavilə imzalayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Shana" agentliyi məlumat yayıb.
Bildirilir ki, İranın NIOC milli neft şirkətinin "törəmələri" üçün əlavə xam neft anbarını yerli şirkət inşa edəcək.