İran Türkiyəyə qaz nəqlini bərpa edib

İran Türkiyəyə qaz nəqlini bərpa edib İlkin olaraq 27 mln. kubmetr qaz ötürülüb
Energetika
1 Noyabr , 2016 13:23
İran Türkiyəyə qaz nəqlini bərpa edib

Bakı. 1 noyabr. REPORT.AZ/ İran qazının Türkiyəyə nəqli 4-günlük fasilədən sonra bərpa olunub.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, İran Milli Qaz Şirkəti (NİGC) boru kəmərinin təzyiqini tənzimləmək üçün ilkin olaraq 27 mln. kubmetr qaz ötürüldüyünü və müqavilədə nəzərdə tutulan həcmə çatdırılacağını elan edib.

Qeyd edək ki, ötən həftənin cümə axşamı günü saat 21:30-da Bazargan sərhəd məntəqəsindən 12 km məsafədə qaz nəql sistemində partlayış baş verib və buna görə İrandan Türkiyəyə qaz nəqli müvəqqəti olaraq dayandırılıb.

İran təqvim ilinin əvvəlindən (20 mart) İran qazının Türkiyəyə nəqli 8,8% artaraq 650 mln. kubmetr təşkil edib.

İran və Türkiyə arasında 1996-cı ildə imzalanmış sazişə əsasən, İran 2026-cı ilə qədər Türkiyəyə gündəlik 30 mln. kubmetr qaz nəql etməlidir.

Son xəbərlər

Orphus sistemi