Yuxarı
    Bağlamaq

    İran "Şahdəniz" layihəsində payını artırmaq istəyir

    Bu barədə İranın neft nazirinin müavini bildirib

    Bakı. 15 dekabr. REPORT.AZ/ İran xaricdəki bir neçə neft-qaz layihəsində, o cümlədən Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsində iştirak payını artırmaq istəyir.

    "Report" İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın neft nazirinin ticarət və beynəlxalq əlaqələr üzrə müavini Hüseyn Zamaninia bildirib.

    "Bəzi ölkələrdə bir neçə yataq və layihə mövcuddur ki, orada iştirak payının artırılmasını düşünürük. "Şahdəniz" yatağı da o yataqlardan biridir, amma bu barədə hələ yekun qərar qəbul edilməyib", - nazir müavini əlavə edib.

    Qeyd edək ki, İran Milli Neft Şirkəti (NIOC) "Şahdəniz" layihəsində 10% paya malikdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi