İran LNG istehsalını iki dəfə artırmaq niyyətindədir

İran LNG istehsalını iki dəfə artırmaq niyyətindədir Hazırda ölkədə ildə 8 mln. ton LNG istehsal olunur
Energetika
10 May , 2016 19:35
İran LNG istehsalını iki dəfə artırmaq niyyətindədir

Bakı. 10 may. REPORT.AZ/ İranda "Cənubi Fars" qaz yatağının işlənməsi mərhələsi başa çatan kimi mayeləşdirilmiş təbii qazın (LNG) istehsal həcmi iki dəfə artırılacaq.

"Report" xəbər verir ki, bu barədə İranın Milli Neft Şirkətinin (NİOC) rəhbərinin müavini Səfər Əli Kəramati İRNA agentliyinə bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə ildə 8 mln. ton LNG istehsal olunur: "Bu həcmdən 3 mln. ton təbii qaz əldə edilir, 2,5 mln. ton neft-kimya qurğularında, qalanı isə müxtəlif emal zavodlarında istehsal olunur. Asiya ölkələri İran üçün ən vacib bazar hesab edilir".

Şirkət nümayəndəsi əlavə edib ki, İran sanksiyalar dövründə də LNG bazarında öz payını itirməyib: "İndi isə sanksiyaların aradan qaldırılması bazar payının artırılmasına imkan yaradır".

Son xəbərlər

Orphus sistemi