Xəyal Cəfərov: “SOCAR Karbamid” zavodu indiyədək 100 min tona yaxın karbamid ixrac edib"

Xəyal Cəfərov: “SOCAR Karbamid” zavodu indiyədək 100 min tona yaxın karbamid ixrac edib" “SOCAR Karbamid” zavodu fəaliyyətə başladığı andan bu günə qədər 125-130 min ton karbamid istehsal edib.
Energetika
27 Noyabr , 2019 13:03
Xəyal Cəfərov: “SOCAR Karbamid” zavodu indiyədək 100 min tona yaxın karbamid ixrac edib

SOCAR Karbamid” zavodu fəaliyyətə başladığı andan bu günə qədər 125-130 min ton karbamid istehsal edib.

“Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunun direktoru Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, bunun 100 minə yaxın həcmi ixrac edilib: "İlin sonuna qədər daha 50 min ton karbamidin istehsal ediləcəyi proqnozlaşdırılır”. 

X. Cəfərov deyib ki, artıq zavod bu ilin iyun ayında 33 milyon avro həcmində ilk kredit tranşını ödəyib: “Kredit ödənişinin ikinci tranşı dekabrın ortalarında həyata keçiriləcək. Ödəniləcək bu kredit həcmi də 33 milyon avro həcmində olacaq. Bununla da zavod 66 milyon avroluq kreditini ödəyəcək. Bundan sonra isə zavodun ümumilikdə faizləri nəzərə almaqla 460 milyon avro məbləğində kredit borcu qalacaq ki, bunu da zavod hər il 33 milyon avro həcmində ödəməklə vaxtında yekunlaşdıracaq. 

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodu yanvarın 16-da istifadəyə verilib.

Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur. Bunun isə ölkəyə hər il 160 mln dollara qədər əlavə gəlir gətirməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi