İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycanın strateji məqsədlərindən biridir”

İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycanın strateji məqsədlərindən biridir” Bunu Prezident Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin IV iclasında çıxışı zamanı bildirib
Energetika
15 Fevral , 2018 14:27
İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycanın strateji məqsədlərindən biridir”
AzerTag

Bakı. 15 fevral. REPORT.AZ/ “Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycanın strateji məqsədlərindən biridir”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin IV iclasında çıxışı zamanı bildirib.

Dövlət başçısı layihənin icrasının şirkətlərin qəti sadiqliyi sayəsində mümkün olduğunu bildirib: "Cənub Qaz Dəhlizi layihəsinə dünyanınn aparıcı maliyyə təsisatları öz töhfələrini verib. İrimiqyaslı layihələrin reallaşması güclü və effektiv komandanın yaradıldığını nümayiş etdirir və beynəlxalq əməkdaşlığı daha da artırır."Cənub Qaz Dəhliz" Məşvərət Şurasının yaradılmasında məqsəd səylərimizi əlaqələndirməkdir”. 

Prezident həmçinin layihənin icrasının enerji ehtiyatlarından istifadəyə, insan kapitalına və infrastrukturun yaradılmasına uzunmüddətli töhfə verdiyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi