İAEA-nın yeni rəhbərinin vəzifəyə başlayacağı tarix açıqlanıb

İAEA-nın yeni rəhbərinin vəzifəyə başlayacağı tarix açıqlanıb Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) baş direktoru vəzifəsinə namizədlər sentyabrın 5-dək irəli sürüləcək, yeni rəhbər isə yanvarın 1-dək vəzifəsinin icrasına başlayacaq.
Energetika
1 Avqust , 2019 14:46
İAEA-nın yeni rəhbərinin vəzifəyə başlayacağı tarix açıqlanıb

Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) baş direktoru vəzifəsinə namizədlər sentyabrın 5-dək irəli sürüləcək, yeni rəhbər isə yanvarın 1-dək vəzifəsinin icrasına başlayacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulianov “Twitter”də yazı paylaşıb.

Xatırladaq ki, hazırda İAEA-nın baş direktoru vəzifəsini müvəqqəti olaraq baş əlaqələndirici, rumıniyalı diplomat Kornel Feruta icra edir. Təşkilata 2009-cu ildən rəhbərlik etmiş əvvəlki baş direktor Yukiya Amano bu il iyulun 22-də vəfat edib.

Son xəbərlər

Orphus sistemi