Yuxarı

Hökumət sədrinin müavini: "Altay diyarı SOCAR ilə əməkdaşlıqda maraqlıdır"

Hökumət sədrinin müavini: "Altay diyarı SOCAR ilə əməkdaşlıqda maraqlıdır"
© Report — Rusiyanın Altay diyarı hökumətinin sədr müavini Viktor Meşeryakov

Bakı. 21 may. REPORT.AZ/ Rusiyanın Altay diyarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıqda maraqlıdır.

Bu barədə "Report"a Azərbaycan beynəlxalq qida sənayesi sərgisi və Azərbaycan beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Bakıda olan Rusiyanın Altay diyarı hökumətinin sədr müavini Viktor Meşeryakov bildirib.

O, bu sərgilərdə Altay diyarının iki güclü neft-kimya zavodunun - "Altayximprom" və "Biysk oleum zavodu"nun iştirak etdiyini xatırladıb. 

"Onlar eksklüziv məhsullar istehsal edirlər. "Altayximprom" neft boru kəmərlərində sürüşmə sürtünməsini azaltmaq üçün antiturbulent qurğu istehsal edir. Belə məhsul başqa heç yerdə buraxılmır. Bundan əlavə, deemulqatorlar istehsal olunur. "Biysk oleum zavodu" isə yanacağın keyfiyyətinin yaxşılaşdırılması və onun səviyyəsinin "Avro-4" və "Avro-5" səviyyəsinə qədər artırılması üçün setanartırıcı aşqarlar təklif edir. Bu şirkətlərin nümayəndələri ilə SOCAR-ın törəmə şirkət rəsmiləri görüşüblər. Ümid edirik ki, əməkdaşlıq alınacaq", - V.Meşeryakov qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi