Gürcüstanın baş naziri və BP-nin icraçı direktoru Cənubi Qafqazdakı neft-qaz layihələrini müzakirə edib

Gürcüstanın baş naziri və BP-nin icraçı direktoru Cənubi Qafqazdakı neft-qaz layihələrini müzakirə edib Görüşdə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz Boru Kəmərinin regionun inkişafına verdiyi töhfə xüsusi qeyd olunub
Energetika
19 Yanvar , 2017 17:39
Gürcüstanın baş naziri və BP-nin icraçı direktoru Cənubi Qafqazdakı neft-qaz layihələrini müzakirə edib

Tbilisi. 19 yanvar. REPORT.AZ/ Davosda səfərdə olan Gürcüstanın baş naziri Georgi Kvirikaşvili BP-nin icraçı direktoru Robert Dadli ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə “Şahdəniz” layihəsinin ikinci fazası çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Gürcüstan ərazisindən keçən hissəsinin genişləndirilməsi istiqamətində görülən işlər, bu layihə çərçivəsində Avropa ölkələrinə nəql olunacaq qazın həcminin artırılması və qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz Boru Kəmərinin regionun inkişafına verdiyi töhfə xüsusi qeyd olunub.

Bildirilib ki, bu layihələr təkcə Gürcüstanda deyil, Türkiyə və Avropada yeni infrastrukturun yaradılmasında mühüm rol oynayır.

Son xəbərlər

Orphus sistemi