Gürcüstan bu il Azərbaycandan neft və neft yağlarının alışını artırıb

Energetika
  • 19 oktyabr, 2023
  • 11:10
Gürcüstan bu il Azərbaycandan neft və neft yağlarının alışını artırıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 51,41 milyon ABŞ dolları dəyərində 60 min 908 ton neft və neft yağları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,6 %, kəmiyyət olaraq – 3,8 % çoxdur.

Beləliklə Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında üçüncü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 816,4 milyon ABŞ dolları dəyərində 1,02 milyon ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 20 % azdır və 2,4 % çoxdur.

2023-cü ilin 9 ayında Gürcüstana Rusiyadan 477,6 milyon ABŞ dolları dəyərində 674 min 270 ton, Rumıniyadan 118,9 milyon ABŞ dolları dəyərində 135 min 810 ton, Türkmənistandan 47,4 milyon ABŞ dolları dəyərində 56 min 742 ton, Bolqarıstandan 23,2 milyon ABŞ dolları dəyərində 23 min 409 ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan Azərbaycandan 51,437 milyon ABŞ dolları dəyərində 59 min 273 ton neft və neft yağları tədarük edib.

Son xəbərlər

Bütün Xəbər Lenti