Gürcüstan bu il Azərbaycandan 138 min tondan çox dizel yanacağı idxal edib

Gürcüstan bu il Azərbaycandan 138 min tondan çox dizel yanacağı idxal edib Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 138,2 min ton dizel yanacağı idxal edib.
Energetika
16 Sentyabr , 2021 15:22
Gürcüstan bu il Azərbaycandan 138 min tondan çox dizel yanacağı idxal edib

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 138,2 min ton dizel yanacağı idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

Məlumata görə, 8 ay ərzində Azərbaycan qonşu ölkənin dizel yanacağına olan tələbatının 18,6 %-ni təmin edib.

Hesabat dövründə Gürcüstan 743,7 min ton benzin və dizel tədarük edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 3,9 % çoxdur. İllik müqayisədə benzinin idxalında 12,9 % artım, dizelin idxalında isə 4,2 % azalma qeydə alınıb.

Birlikdən qeyd olunub ki, dizelin tədarükündə azalmaya səbəb Azərbaycandan Gürcüstana gedən müxtəlif yük maşınlarının yanacaq çənlərində bəyan edilməmiş yanacağın ölkə ərazisinə idxalıdır və bu da Azərbaycanda dizelin qiymətinin aşağı olması ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi