Gürcüstan Azərbaycandan qaz və neft məhsullarının idxalını artırıb

Gürcüstan Azərbaycandan qaz və neft məhsullarının idxalını artırıb Bu ilin I rübündə qonşu ölkə Azərbaycandan 20,1 milyon ABŞ dolları dəyərində 43 min ton neft və neft yağları tədarük edib
Energetika
19 Aprel , 2021 11:50
Gürcüstan Azərbaycandan qaz və neft məhsullarının idxalını artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan ümumi dəyəri 76,7 milyon ABŞ dolları olan 685 min kubmetr təbii qaz idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, illik müqayisədə 2,6 % çoxdur.

Yanvar-martda qonşu ölkə Azərbaycandan 20,1 milyon ABŞ dolları dəyərində 43 min ton neft və neft yağları da tədarük edib. Bu, ötən ilin eyni dövrünə nisbətdə 1,8 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi