Gürcüstan Azərbaycandan neft və neft yağları idxalını 10 dəfə artırıb

Energetika
  • 27 mart, 2024
  • 06:59
Gürcüstan Azərbaycandan neft və neft yağları idxalını 10 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 14 milyon ABŞ dolları dəyərində 16 min 933 ton neft və neft yağları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 dəfə, kəmiyyət olaraq – 10 dəfə çoxdur.

Beləliklə Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 187 milyon ABŞ dolları dəyərində 225 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 18 % və 15 % çoxdur.

Bu ilin ilk iki ayında Gürcüstana Rusiyadan 90,1 milyon ABŞ dolları dəyərində 121 min ton, Rumıniyadan 27,7 milyon ABŞ dolları dəyərində 34 min ton, Bolqarıstandan 17 milyon ABŞ dolları dəyərində 20 min 144 ton, Yunanıstandan 11,5 milyon ABŞ dolları dəyərində 11 min ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,17 milyard ABŞ dolları dəyərində 1,418 milyon ton neft və neft yağları alıb ki, bunun da 95,444 milyon ABŞ dolları dəyərində 112 min 388 tonu Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti