Gürcüstan Azərbaycandan aldığı təbii qazın həcmini açıqlayıb

Energetika
  • 21 iyun, 2024
  • 07:11
Gürcüstan Azərbaycandan aldığı təbii qazın həcmini açıqlayıb

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 118,4 milyon ABŞ dolları dəyərində 761 milyon kubmetr təbii qaz idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 14 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 216 milyon ABŞ dolları dəyərində 1 milyard 131 milyon kubmetr təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 19 % və 6 % azdır.

O cümlədən, Gürcüstana Rusiyadan 97,5 milyon ABŞ dolları dəyərində 370 milyon kubmetr, İrandan 36,8 min ABŞ dolları dəyərində 22,54 min kubmetr, Böyük Britaniyadan 15,14 min ABŞ dolları dəyərində 0,01 min kubmetr, İspaniyadan 3,39 min ABŞ dolları dəyərində 0,43 min kubmetr təbii qaz idxal edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 445 milyon ABŞ dolları dəyərində 2,25 milyard kubmetr təbii qaz alıb ki, bunun da 313,5 milyon ABŞ dolları dəyərində 1,8 milyard kubmetri Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti