​Gürcüstan Azərbaycana qazın satış qiymətinin xüsusi düsturla hesablanmasını təklif edir

​Gürcüstan Azərbaycana qazın satış qiymətinin xüsusi düsturla hesablanmasını təklif edir Mahir Məmmədov Gürcüstana qaz satışı ilə bağlı qarşı tərəfin iki təklif irəli sürdüyünü açıqlayıb
Energetika
2 Mart , 2016 16:58
​Gürcüstan Azərbaycana qazın satış qiymətinin xüsusi düsturla hesablanmasını təklif edir

Bakı. 2 mart. REPORT.AZ/ Gürcüstanın Azərbaycan təbii qazının idxalı ilə bağlı tərəflər arasında aparılan danışıqlar davam edir və bu prosesə böyük işçi qrupları cəlb olunub. Bunu "Report"a açıqlamasında "SOCAR Energy Georgia" şirkətinin direktoru Mahir Məmmədov deyib: "Artıq danışıqlar yekunlaşmaq üzrədir".

M.Məmmədov Gürcüstana qaz satışı ilə bağlı qarşı tərəfin iki təklif irəli sürdüyünü açıqlayıb: "Əsas iki təklif var. Birinci təklif əlavə həcmlərin satılması, ikincisi isə qazın satış qiymətini müəyyənləşdirən xüsusi düsturun tətbiqi ilə bağlıdır. Hər iki məsələyə bizim tərəfimizdən konstruktiv şəkildə baxılır və yaxın günlərdə nəticələr bilinəcək".

M.Məmmədov deyib ki, tərəflər satış qiymətinin müəyyənləşdirilməsi prosesində düstura keçərsə, satılacaq qazın qiyməti dünya bazarındakı enerji daşıyıcılarının cari qiyməti əsasında tənzimlənəcək.

Xatırladaq ki, 2009-cu ildən dünya qaz bazarında qiymətlər xüsusi düsturla hesablanır və həmin düstura görə satılan qazın qiyməti dizel yanacağı, mazut və xam neftin qiymətləri nəzərə alınaraq müvafiq hesablamalar əsasında müəyyən edilir.

Son xəbərlər

Orphus sistemi