Yuxarı
    Bağlamaq

    ​"Günəşli" yatağındakı neft quyusunda yanğın söndürülüb

    Quyudan dənizə neftin dağılması təhlükəsinin qarşısı tamamilə alınıb

    Bakı. 15 dekabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində üç hasilat quyusunda başlayan yanğın artıq bir quyuda tam söndürülüb.

    "Report"un məlumatına görə, özüldə hadisə baş verdiyi vaxtdan indiyədək yanğın 2 qaz və 1 neft quyusunda davam edib. Lakin görülən tədbirlər nəticəsində neft quyusunda yanğın söndürülüb. Bununla da quyudan dənizə neftin dağılması təhlükəsinin qarşısı tamamilə alınıb.

    Qeyd edək ki, hazırda hadisə yerində aparılan yanğınsöndürmə tədbirləri davam etdirilir.

    Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi