"Günəşli" yatağındakı daha bir quyu təmir edilib

"Günəşli" yatağındakı daha bir quyu təmir edilib Quyu təmirdən sonra istismara verilib
Energetika
27 Yanvar , 2017 11:21
Günəşli yatağındakı daha bir quyu təmir edilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycanın neft-qaz sənayesində böyük əhəmiyyətə malik “Günəşli” yatağındakı 3 saylı dərin dəniz özülündən 121 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. 

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib. 

Məlumata görə, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan qazlift üsulu ilə məhsul verib, 2798-2739 metr intervaldan sutkalıq 40 ton neft və 3500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. 

Quyuda istismar işlərini SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi