​“Günəşli” yatağındakı daha bir quyu istismara verilib

​“Günəşli” yatağındakı daha bir quyu istismara verilib Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir
Energetika
29 İyul , 2015 17:35
​“Günəşli” yatağındakı daha bir quyu istismara verilib

Bakı. 29 iyul. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağındakı 2 nömrəli dərin dəniz özülündən 109 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Quyu IX horizontdan qaz-lift üsulu ilə məhsul verib, 3 143-3 132 metr intervaldan sutkalıq 45 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Xatırladaq ki, quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.