Georgi Stasinos: "Yunanıstan hökuməti DESFA məsələsində SOCAR-la razılığa gəlməlidir"

Georgi Stasinos: "Yunanıstan hökuməti DESFA məsələsində SOCAR-la razılığa gəlməlidir" Texniki Palatanın prezidenti hesab edir ki, Yunanıstanın SOCAR-ın investisiyalarına böyük ehtiyacı var
Energetika
16 Sentyabr , 2016 11:18
Georgi Stasinos: Yunanıstan hökuməti DESFA məsələsində SOCAR-la razılığa gəlməlidir

Bakı. 16 sentyabr. REPORT.AZ/ Yunanıstan hökuməti beynəlxalq etimadı bərpa etmək üçün DESFA-nın özəlləşdirilməsi məsələsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə razılığa gəlməlidir. “Report”un yunan mediasına istinadən verdiyi məlumata görə, bunu "Yunanıstan-Azərbaycan texniki əməkdaşlığı” mövzusunda keçirilən tədbirdə çıxış edən Yunanıstan Texniki Palatasının prezidenti Georgi Stasinos (George Stassinos) deyib.

G.Stasinos qeyd edib ki, Yunanıstanın SOCAR-ın yatıracağı investisiyalara böyük ehtiyacı var: “Bu şirkətin investisiyasına ehtiyacımız var. Hansı ki, hazırda Türkiyədə 10 mlrd. dollarlarla yatırım edib və həmçinin digər ölkələrlə danışıqlar aparır”.

Yunanıstan xarici işlər nazirinin müavini Dimitris Mardas isə ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini açıqlayıb: “Azərbaycan bizə öz qazını göndərir, biz də hansı məhsulları göndərə biləcəyimizi nəzərdən keçiririk. Ölkəyə ilk səfər bu ayın sonunda baş tutacaq. Artıq sahibkarlar bir sıra sahələrə investisiya yatırmaqda maraqlı olduqlarını açıqlayıblar”.

Tədbirdə çıxış edən Yunanıstan-Azərbaycan Kommersiya və İqtisadiyyat Palatasının rəhbəri Kostas Vamvakas deyib ki, yunan sahibkarları Azərbaycanla tikinti, mühəndislik, İT, kənd təsərrüfatı, qida və içki istehsalı sahəsində əməkdaşlıq edə bilərlər. O, həmçinin rəsmi Afinanın DESFA məsələsində Bakı ilə razılığa gəlinməsi üçün tezliklə danışıqlara başlamalı olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi