Gələn ildən Karbamid Zavodu tam gücü ilə fəaliyyətə başlayacaq

Gələn ildən Karbamid Zavodu tam gücü ilə fəaliyyətə başlayacaq Gələn ilin əvvəlindən Karbamid Zavodu tam gücü ilə fəaliyyətə başlayacaq.
Energetika
27 Noyabr , 2019 12:47
Gələn ildən Karbamid Zavodu tam gücü ilə fəaliyyətə başlayacaq

Gələn ilin əvvəlindən Karbamid Zavodu tam gücü ilə fəaliyyətə başlayacaq.

“Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunun direktoru Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, xammalla bağlı hər hansı problem mövcud deyil: “Gündəlik olaraq 1,5 milyon kubmetr qaz alınır. Artq gündəlik olaraq 1800-2000 ton məhsul istehsal olunur”.

X.Cəfərov deyib ki, məhsulun ixracı da təmin edilib: “Bu gün dəmir yolu ilə Batumiyə yola salınan məhsul gəminin yüklənilməsinə başlanılıb. Azərbaycan karbamidi də əsasən Türkyə və Ukraynya yola salınır”.

Zavodun direktoru deyib ki, növbəti ildə 600-650 min ton karbamidin istehsal ediləcəyi proqnozlaşdırılır: “Bu həcmlərin 550 min tonu ixraca yönəldiləcək".

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodu yanvarın 16-da istifadəyə verilib.

Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur. Bunun isə ölkəyə hər il 160 mln dollara qədər əlavə gəlir gətirməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi