Gələn ay Bakıda Xəzər Texniki Konfransı və Sərgisi keçiriləcək

Gələn ay Bakıda Xəzər Texniki Konfransı və Sərgisi keçiriləcək Tədbirin əsas çıxışçılarının adları açıqlanıb
Energetika
10 Oktyabr , 2017 17:41
Gələn ay Bakıda Xəzər Texniki Konfransı və Sərgisi keçiriləcək

Bakı. 10 oktyabr. REPORT.AZ/ Noyabrın 1-3-də Bakıda Neft Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə ənənəvi Xəzər Texniki Konfransı və Sərgisi keçiriləcək.

“Report” xəbər verir ki, artıq tədbirin açılış mərasimində çıxış edəcək şəxslərin adları açıqlanıb.

Konfransın açılışında SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə, “Total E&P Azerbaijan” şirkətinin icraçı direktoru Denis Lemarşal, SPE-nin prezidenti Darsi Spedi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, “Tengizchevroil” şirkətinin baş direktoru Ted Etçison, “Qazprom neft” şirkətinin texnologiya üzrə direktoru Mars Xasanov və digər şəxslər çıxış edəcəklər.

Bu il tədbirin ev sahibi kimi SOCAR çıxış edir. Tədbirin keçirilməsi Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın nəhəng neft-qaz şirkətləri tərəfindən dəstəklənir.

Konfransın mövzusu Modernləşdirmə, Lokallaşdırma və Əməkdaşlıq adlı üç giriş panel sessiyasında daha dərindən araşdırılacaq.

Sərgi-konfrans Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti, Avropa Geoloq Alim və Mühəndislər Assosiasiyasının Azərbaycan şöbəsi, Kəşfiyyat Geofizikası üzrə Mütəxəssislər Cəmiyyəti ilə əməkdaşlığı davam etdirəcək.

Tədbir haqqında və qeydiyyat barədə daha ətraflı məlumatı http://www.spe.org/events/en/2017/conference/17ctce/home.html linkindən əldə etmək olar.

Neft Mühəndisləri Cəmiyyəti üzvləri enerji mənbələrinin işlənməsi və istehsalı ilə məşğul olan qeyri-kommersiya təşkilatıdır. Təşkilat 143 ölkədə 164 mindən çox üzvə xidmət edir. O, neft və qaz kəşfiyyatı və istehsalı sahəsinə aid mühüm texniki bilik resursudur.

Son xəbərlər

Orphus sistemi