Yuxarı

​Gədəbəy, Masallı, Tərtər və Bərdə rayonunun 11 yaşayış məntəqəsinə qaz verilib

Müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb

Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Gədəbəy rayonunun Çalburun, Masallı rayonunun Sərcuvar və Alışanlı, Tərtər rayonunun Poladlı, Mamırlı, Kəngərli və Bala Kəngərli, Bərdə rayonunun Qaradırnaq, Arabaçılar, Hacılar və Balaqacar kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, Gədəbəy rayonunun 375 abonenti olan Çalburun kəndinə ilk dəfədir ki, qaz verilir. Bunun üçün birpilləli sistem əsasında 21 047 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 23 ədəd siyirtmə, 375 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Masallı rayonunun Sərcuvar kəndinin 353 abonentinin yenidən qazlaşdırılması üçün ümumi uzunluğu 20 256 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 353 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Rayonun Alışanlı kəndinin yenidən qazlaşdırılması üçün isə 13 690 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 291 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tərtər rayonunun 120 abonenti olan Poladlı, 342 abonenti olan Mamırlı, 315 abonenti olan Kəngərli və 120 abonenti olan Bala Kəngərli kəndlərinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Bərdə rayonunun kəndlərinin də yenidən qazlaşdırılması istiqamətində mühüm işlər aparılıb. Rayonun 160 abonenti olan Qaradırnaq kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 2 441 metrlik polietilen və 19 642 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Arabaçılar kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 597 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 141 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hacılar kəndinin 130 abonentinin və Bala Qacar kəndinin 182 abonentinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi