Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) böyük uğur qazanacaq.
"Report" xəbər verir ki, bunu əminliklə Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel bu gün keçirilən Bakı Enerji Forumunun I günündə "Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq" mövzusunda plenar müzakirələrdə bildirib.
O qeyd edib ki, COP29 mühüm məsələlərin müzakirəsi və vacib qərarların alınması baxımdan mühüm platformadır: "Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev ilə görüşümdə də bununla bağlı söhbətimiz oldu. İnanıram ki, bu mötəbər tədbirdə atılacaq addımlar enerji keçidinə mühüm töhfələr verəcək".