“Gazprom” Azərbaycana qaz nəqlini bərpa edir

“Gazprom” Azərbaycana qaz nəqlini bərpa edir Azərbaycan bazarına 1,6 mlrd. kubmetr Rusiya qazının nəqli nəzərdə tutulur
Energetika
22 Noyabr , 2017 16:52
“Gazprom” Azərbaycana qaz nəqlini bərpa edir

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Gazprom export” şirkəti Azərbaycana təbii qazın nəqlinin bərpa olunması barədə razılığa gəlib.

“Report” xəbər verir ki, bu barədə Rusiya şirkəti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı müqavilə ötən gün Moskvada imzalanıb. Qaz tədarükünün başlanması tarixi isə bu gündür. Müqaviləyə əsasən, Azərbaycan bazarına 1,6 mlrd. kubmetr Rusiya qazının nəqli nəzərdə tutulur.

Məsələ ilə bağlı SOCAR-dan “Report” a verilən məlumata görə, SOCAR qaz anbarlarının imkanlarından tam istifadə etmək üçün xaricdən qaz idxal edir:“Daha sonra bu həcm ehiyaca görə həm xaricə ixrac edilə, həm də daxildə emal və s. məqsədlər üçün istifadə oluna bilər”.

Son xəbərlər

Orphus sistemi