G7 ölkələri OPEC-i neft hasilatını artırmağa çağırıb
Energetika
- 27 may, 2022
- 23:37
“Böyük Yeddilik” (G7) ölkələrinin energetika və iqlim nazirləri OPEC ölkələrini yanacağın qiymətində kəskin artım fonunda neft hasilatını yüksəltməyə çağırıb.
Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.
“Neft və qaz hasil edən ölkələri məsuliyyətli davranmağa və daralan qlobal bazara reaksiya verməyə çağırırıq, həmçinin qeyd edirik ki, OPEC bu prosesdə əsas rol oynayır”, - nazirlərin Berlin görüşündən sonra dərc olunan kommünikedə deyilir.
Nazirlər Avropa İttifaqının Rusiya təbii qazından asılılığının azaldılmasının zəruriliyi vurğulayıblar və boru kəməri ilə ötürülən qazın tədarükündə yarana biləcək fasilələrin yumşaldılması üçün mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün artırılmasının vacibliyini qeyd ediblər.
Son xəbərlər
03:09
Barak Ravid: ABŞ ilə İran arasında danışıqlar davam etdirilir
Digər ölkələr02:43
Daçiç: Kosovo BMT-nin üzvü deyil və heç vaxt da olmayacaq
Digər ölkələr02:38
Didye Deşam: "Ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəlmək böyük uğurdur"
Futbol02:27
Məhəmməd Vəhbi: "Mbappenin vurduğu qoldan əvvəl top ələ dəymişdi"
Futbol02:17
Kilan Mbappe Fransa - Mərakeş matçının ən yaxşı futbolçusu olub
Futbol02:00
Foto
DÇ-2026: Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - YENİLƏNİB-5
Futbol01:54
İranın hərbi obyekti iki dəfə hücuma məruz qalıb
Region01:27
ABŞ təyyarələri Fars və Oman körfəzinin üzərində uçuş həyata keçirir
Digər ölkələr00:58