FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər.
Energetika
5 May , 2024 14:50
FT: Britaniyanın neft və qaz şirkətləri Londonun vergi siyasəti səbəbindən böhran içindədir

Böyük Britaniyanın Şimal dənizi şelfində fəaliyyət göstərən müstəqil neft şirkətləri məhsullarının bahalaşmasına baxmayaraq, böhran içindədirlər.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” qəzeti bazar ekspertlərinə istinadən yazıb.

Sənaye assosiasiyaları və analitiklər bildirirlər ki, yeni fiskal rejim artıq şirkətlərin investisiya planlarına ciddi zərbə vurub və kapitalın daha da axını təhlükəsi yaradır.

2022-ci ilin may ayından Böyük Britaniyada standart 40% korporativ gəlir vergisinə əlavə olaraq 35% enerji izafi mənfəət vergisi tətbiq edilir. Beləliklə, neft-qaz sektoru üzrə ümumi vergi dərəcəsi 75%-ə çatıb.

“Offshore Energies UK” şirkətinin məlumatına görə, sənayeyə kifayət qədər sərmayə qoyulmaması səbəbindən 2030-cu ilə qədər 40 000 iş yeri itirilə bilər.

Artıq Britaniyanın neft-qaz sektorunda 200 minə yaxın insan çalışır ki, bu da on il əvvəlin yarısı qədərdir.

“Consultancy Wood Mackenzie”, vergi rejimi ilə bağlı qeyri-müəyyənlik səbəbindən potensial investisiya itkilərini 16 milyard funt sterlinq qiymətləndirir.

Neft və qaz şirkətləri arasında narahatlıqlara əlavə olaraq, müxalifətdəki İşçi Partiyasının növbəti seçkilərdə qalib gələcəyi təqdirdə ümumi vergi dərəcəsini 78%-ə çatdırmaq və yeni layihələr üçün stimulları aradan qaldırmaq planları var.

Yüksək vergi yükləri qarşısında müstəqil Şimal dənizi operatorları resursları birləşdirmək və istismardan çıxarma xərclərini maliyyələşdirmək üçün getdikcə daha çox konsolidasiyaya müraciət edirlər.

Son xəbərlər

Orphus sistemi