Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan
Nazirlikdən “Report”a verilən məlumata görə, energetika naziri
Nazir deyib ki, enerji sahəsində Almaniya ilə çoxşaxəli əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar var. Bildirilib ki, Azərbaycanın Almaniyaya ixracında əsas payı neft və neft məhsulları təşkil edir. Belə ki, ötən il SOCAR tərəfindən Almaniya istiqamətində 2,283 mln. ton xam neft təchiz edilib. Bundan başqa, UNİPER şirkəti ilə neft-qaz istehsalında enerji səmərəliliyinin artırılması, Bakı və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin müasirləşdirilməsi, eləcə də elektroenergetika sektorunda “Simens” və digər alman şirkətləri ilə həyata keçirilən layihələrdən danışılıb.
Ölkədə elektrik stansiyalarının diaqnostika və auditinin aparılması, generasiya güclərinin və elektrik enerjisinin ötürücü sisteminin optimallaşdırılması və bərpası proqramlarının hazırlanmasında Almaniyanın VPC, ENERCO kimi şirkətləri ilə əməkdaşlıq yüksək qiymətləndirilib.
Hazırda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilərək “SimensGamesa” şirkətinin nümunəsində bu sahədə Almaniya ilə əməkdaşlığa maraq ifadə edilib.
Görüşdə təmsil olunan UNİPER, EWE, VİTO və digər alman şirkətləri isə enerji sahəsində əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüblər.