Yuxarı

​Energetika Nazirliyində toplantı keçirilib

Toplantı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək iclasına həsr olunub

Bakı. 27 fevral. REPORT.AZ/ Fevralın 29-da Bakı şəhərində təşkil olunacaq Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclasına hazırlıqla bağlı Energetika Nazirliyində nazir Natiq Əliyevin rəhbərliyi ilə toplantı keçirilib. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri də iştirak ediblər. Müzakirələrdə iştirakçı ölkələri təmsil edəcək qonaqların dəqiqləşdirilməsi işinin başa çatdığı bildirilib. Hazırlıq işlərinə həsr olunmuş iclasda təşkilati məsələlər müzakirə edilib və müvafiq tapşırıqlar verilib. Məşvərət Şurası iclasının gündəliyi, çıxış mövzuları və Birgə Bəyannamə ilə bağlı fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclası üç plenar sessiya və dəyirmi masadan ibarət olacaq. Həmçinin Birgə Bəyannamənin imzalanması və energetika naziri Natiq Əliyev, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç və ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstaynın KİV üçün birgə bəyanatla çıxışı nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi