Energetika Nazirliyində Səudiyyə Ərəbistanı rəsmisi ilə görüş olub

Energetika Nazirliyində Səudiyyə Ərəbistanı rəsmisi ilə görüş olub Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının baş direktoru Bədr Əl Bədr ilə görüşüb.
Energetika
10 Dekabr , 2021 09:14
Energetika Nazirliyində Səudiyyə Ərəbistanı rəsmisi ilə görüş olub

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının baş direktoru Bədr Əl Bədr ilə görüşüb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə ölkəmizin enerji sektorunda mövcud və gələcək investisiya imkanlarına dair fikir mübadiləsi aparılıb.

Görüş Səudiyyə Ərəbistanın İnvestisiya Nazirliyinin, İnvestisiya İdarəsinin və Milli Şirkətlərin Təşviqi Proqramının nümayəndələrindən ibarət heyətlə geniş formatda davam etdirilib. Energetika nazirinin müavini Kamal Abbasovun iştirakı ilə keçirilən görüşdə Azərbaycanın neft-qaz yataqları, qlobal əhəmiyyətli enerji nəqli layihələri, “yaşıl enerji” potensialı, sahəyə özəl investisiyaların cəlbi məqsədi ilə hərracların keçirilməsi, habelə digər strateji hədəflər və planlar haqqında məlumat verilib. Həm neft və qaz layihələri üzrə, həm də bərpa olunan enerji, o cümlədən dənizdə külək enerjisi və su üzərində quraşdırılan günəş enerjisi layihələri üzrə investisiya əsaslı əməkdaşlıq məsələləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi