Avqustun 29-da energetika naziri Pərviz Şahbazov Hacıqabul, Şirvan, Salyan, Sabirabad və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək.
"Report" nazirliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Hacıqabul rayon, Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 40) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev),