Bakı. 7 fevral. REPORT.AZ/ “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində iştirak edən bütün səhmdarlar Amerikanın “Exxon Mobil” və “Chevron” şirkətlərinin paylarını almaq imkanına baxır, lakin bu, bazar araşdırmasının nəticəsindən və qiymətdən asılı olacaq.
“Report” xəbər verir ki, bunu
“Exxon Mobil” və “Chevron” başqa yerdə fəaliyyətlərini genişləndirmək istəyirlər. Bu məsələni hər iki şirkət ilə müzakirə etmişik. AÇG-nin bütün səhmdarları hər iki şirkətin səhmlərini almaq imkanlarına baxır, lakin bu, bazar araşdırmasının nəticəsi və ortaya çıxan qiymətdən asılı olacaq”,- deyə E.Nəsirov deyib.
O qeyd edib ki, 2017-ci ildə AÇG üzrə sazişin müddətinin 2050-ci ilədək uzadılmasından sonra layihədəki səhmlərin dəyəri artıb.
Qeyd edək ki, hər iki şirkətin AÇG-dəki paylarını satmaq niyyəti ötən ilin dekabr ayında yayılmışdı. “Chevron” şirkətindən bildirilmişdi ki, AÇG-dəki 9,6% və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərindəki 8,9% payını satmaq barədə qərara gəlinib. “Exxon” şirkəti isə AÇG-dəki 6,8% payını 2 mlrd. dollar satışa çıxarmaq niyyətini qeyd etmişdi.
Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blok üzrə 2050-ci ilə qədər işlənməni nəzərdə tutan yeni saziş imzalanıb.
Layihədə pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş "Statoil") - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.