Karbohidrogenlər plastik məmulatların istehsalında rol oynasa da, bu istifadə məhdudlaşdırılmalıdır.
"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Sədrliyinin mətbuat konfransında deyib.
O bildirib ki, qlobal istiləşmə ilə bağlı 1,5 dərəcəni saxlamaq hədəflərdəndir: "1,5 dərəcə uyğunluğu ilə karbohidrogenlərin enerji təhlükəsizliyi baxımından rol oynaması düşüncəsi arasında fərq qoymalı olduğumuzu düşünürəm. BP-nin enerji ilə bağlı son proqnozunda da qeyd edilib ki, hətta 2050-ci il üçün nəzərdə tutulan xalis sıfır ssenarisində qlobal elektrik istehsalının 1 %-i kömürdən əldə edilə bilər. Bu konteksdə 1,5 dərəcə hədəfinə uyğunlaşmaq, həm də karbohidrogenlərin müəyyən rol oynaması mümkündür".