Ekspert: "Yaşıl enerji” Azərbaycan və Peru arasında əməkdaşlığın əsasını təşkil edə bilər"

Ekspert: "Yaşıl enerji” Azərbaycan və Peru arasında əməkdaşlığın əsasını təşkil edə bilər" Azərbaycan və Peru bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlıq qura bilər.
Energetika
9 aprel 2025 17:54
Ekspert: Yaşıl enerji” Azərbaycan və Peru arasında əməkdaşlığın əsasını təşkil edə bilər

Azərbaycan və Peru bərpa olunan enerji mənbələri (BOEM) sahəsində əməkdaşlıq qura bilər.

Bu barədə “Report”a Perunun San-Markos Milli Universitetinin (UNMSM) Asiya ölkələrinin iqtisadiyyatı üzrə mütəxəssisi Karlos Akino Rodriqes bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Peru xüsusilə enerji sahəsində ikitərəfli əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir.

"Azərbaycan kimi Peru da neft və təbii qazla zəngin ölkədir. Azərbaycan çox sürətlə inkişaf edir və ixrac üçün öz resurslarından müdrikliklə istifadə edir - bu maraq və hörmət doğurur. Bundan başqa, Azərbaycanda səmərəli şəkildə və sürətlə müasir infrastrukturun yaradılması da təsir bağışlayır. Bizim sizdən öyrənə biləcəyimiz çox şey var", - mütəxəssis qeyd edib.

K.Rodriqes vurğulayıb ki, enerji sektorunda artan qlobal rəqabət şəraitində Peru və Azərbaycanın ortaq maraqları var və onların qorunması koordinasiya tələb edir.

Ekspert həmçinin "yaşıl enerji” sahəsində qarşılıqlı fəaliyyət perspektivlərini qeyd edib. Onun sözlərinə görə, Peruda günəş və külək elektrik stansiyaları, həmçinin çaylarda su elektrik stansiyaları fəaliyyət göstərir: "Buna baxmayaraq, hesab edirəm ki, bərpa olunan enerji mənbələri sahəsində Azərbaycan daha irəli gedib və bu, səmərəli əməkdaşlığın əsasını təşkil edə bilər".

Orphus sistemi