Ekspert: "Cənub Qaz Dəhlizi əlverişli mövqedədir"

Ekspert: "Cənub Qaz Dəhlizi əlverişli mövqedədir" Bakı.24 aprel. REPORT.AZ/ Dünya enerji bazarında çətinliklərə baxmayaraq, Cənub Qaz Dəhlizi layihəsini maliyyələşdirmək Azərbaycan və layihədə iştirak edən şirkətlər üçün problem deyil.
Energetika
24 Aprel , 2018 13:31
Ekspert: Cənub Qaz Dəhlizi əlverişli mövqedədir

Bakı.24 aprel. REPORT.AZ/ "Dünya enerji bazarında çətinliklərə baxmayaraq, Cənub Qaz Dəhlizi layihəsini maliyyələşdirmək Azərbaycan və layihədə iştirak edən şirkətlər üçün problem deyil."

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" Forumunda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Gülmira Rzayeva bildirib.

"Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək və yeni mənbədən əlavə həcmlərin nəqlini təmin edəcək. Cənub Qaz Dəhlizi mənbələrin şaxələndirilməsi baxımından ən azı üç Avropa ölkəsi üçün dönüş nöqtəsi yaradacaq. Layihənin Avropa bazarında 25 il, Türkiyə bazarında 15 il zəmanəti var. Bazardakı dalğalanmalara baxmayaraq Cənub Qaz Dəhlizi layihəsi əlverişli mövqedədir",- o qeyd edib.

G.Rzayeva həmçinin bildirib ki, yeni yataqların işlənməsi hesabına 2028-ci ildə Azərbaycanda qaz hasilatının həcmi 50 mlrd. kubmetrə çatacaq.

Son xəbərlər

Orphus sistemi