"A+A Qazaxıstan" şirkətinin müşaviri: “Azərbaycan Qədim İpək Yolunun bərpasında böyük rol oynayır” - VİDEO

"A+A Qazaxıstan" şirkətinin müşaviri: “Azərbaycan Qədim İpək Yolunun bərpasında böyük rol oynayır” - VİDEO “Azərbaycan Qədim İpək Yolunun bərpasında böyük rol oynayır”.
Energetika
139
22 Yanvar , 2020 11:23
A+A Qazaxıstan şirkətinin müşaviri: “Azərbaycan Qədim İpək Yolunun bərpasında böyük rol oynayır” - VİDEO
Andreas Baumgartner / Report

“Azərbaycan Qədim İpək Yolunun bərpasında böyük rol oynayır”.

Bu fikirləri “Report”un İsveçrənin Davos şəhərinə ezam olunmuş müxbirinə bu şəhərdə Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Xəzər Həftəsi, Qlobal İdeyalar” Platformasında iştirak edən "A+A Qazaxıstan" şirkətinin müşaviri, "Tony Blair Associated"in keçmiş tərəfdaşı Andreas Baumgartner bildirib.

Ekspert deyib ki, Qədim İpək Yolunun üzərində, şərq, qərb, şimal və cənubun qovşağında yerləşən Azərbaycan qədim və fəxr edə biləcəyi bir tarixə malikdir:

“Belə bir tarixə malik olan Azərbaycan bu gün də digər ölkələr arasında əlaqələrin və əməkdaşlığın inkişafına, onların bir-birinə yaxınlaşmasına öz töhfəsini verməkdədir. Belə ki, Qədim İpək Yolunun bərpasında oynadığı yüksək rolu sayəsində şərq, qərb, şimal və cənuba gedən yüklərin ixracına yol açmış olur. Burda mən həm qeyri-neft məhsullarını və eyni zamanda neft məhsullarını nəzərdə tuturam ki, bu yol həm də neftin nəqli üçün vaciblidir. Artıq hamıya gün kimi aydındır ki, bu gün dünyada əlavə dəhlizlərə çox böyük ehtiyac duyulur”.

Ekspert Xəzər-Qara dəniz konsorsiumunun fəaliyyətinə də toxunub:

"Konsorsium Azərbaycan, Qazaxıstan və regionun digər ölkələrini qlobal reallıqlara cavab verən layihələr hazırlamaqda və həyata keçirməkdə müşayiət etməyə çalışır. Biz həm İpək Yolunun qədim tarixini yenidən yaşatmağa çalışırıq. Bildiyimiz kimi Azərbaycan bu yolda böyük rol oynayır. Bizim istədiyimiz, eyni zamanda bu yolla qədim ənənələri də yaşatmaqdır. Çalışırıq ki, tarixən mövcud olan Xəzər dənizi və Qara dəniz arasında əməkdaşlıq daha da güclənsin“.

Ekspert İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində Böyük Xəzər Regionuna həsr edilmiş platformanın keçirilməsinin böyük əhəmiyyəti olduğunu bildirib:

“Xəzər Həftəsi, Qlobal İdeyalar" Platforması təkcə region ölkələri üçün deyil, istər Amerika, istər Avropa, istər Asiya ölkələri və ümumiyyətlə bütün digər ölkələrdən gələn insanları bir araya gətirir. Onlar yalnız bu Böyük Xəzər regionunun imkanları və əhəmiyyəti ilə deyil, həm də regionun qarşısına qoyduğu məqsədləri ilə də tanış olmaq imkanı qazanırlar. Bu platforma onlara regionla bağlı bütün suallarına cavab tapmaqda kömək edir“.

Orphus sistemi