Ekspert: "Azərbaycan Avropaya qaz ixracını artıra bilər"

Ekspert: "Azərbaycan Avropaya qaz ixracını artıra bilər" Azərbaycan İtaliyaya və bütövlükdə Avropaya qaz ixracını artıra bilər.
Energetika
29 Aprel , 2022 19:19
Ekspert: Azərbaycan Avropaya qaz ixracını artıra bilər

Azərbaycan İtaliyaya və bütövlükdə Avropaya qaz ixracını artıra bilər.

"Report” xəbər verir ki, bunu Roma Sapienza Universitetinin professoru Daniel Pomye Vinçelli Bakıda jurnalistlərə bildirib.

“İtaliya Azərbaycan qazının iri alıcılarındandır. Bununla yanaşı, Rusiya qazından asılılığı azaltmaq da vacib məsələdir. Belə ki, Azərbaycan İtaliyaya, bütövlükdə Avropaya qaz ixracını daha da artıra bilər. Hərçənd bu da bir gündə başa gələcək iş deyil”, - italyan ekspert qeyd edib.

Azərbaycanın azad olunmuş ərazilərinə səfərindən danışan qonaq Şuşaya vurulan ziyanın şahidi olduğunu deyib: “Amma bununla yanaşı, Azərbaycanın atdığı addımları sayəsində bərpa işlərini də gördük”.

Son xəbərlər

Orphus sistemi