“Oman LNG” “TotalEnergies” ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

“Oman LNG” “TotalEnergies” ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb Omanın “Oman LNG” şirkəti Fransanın “TotalEnergies”i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb.
Energetika
28 Aprel , 2024 09:40
“Oman LNG” “TotalEnergies” ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın “Oman LNG” şirkəti Fransanın “TotalEnergies”i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Oman LNG”nin bəyanatında bildirilib.

Müqavilənin şərtlərinə görə, “Oman LNG”də 5,54 % paya sahib Fransa şirkəti 10 il müddətinə Yaxın Şərq istehsalçısından MTQ alacaq. Nəqlin 2025-ci ildə başlanması gözlənilir. Şirkət müqavilənin məbləğini açıqlamır.

Fransa şirkətinin bəyanatına görə isə, “TotalEnergies”nin həmçinin Omanın “Marsa LNG” layihəsinə dair yekun investisiya qərarını qəbul edib. O, 80 %-i “TotalEnergies”ə, qalan 20 %-i Oman dövlət neft şirkəti OQ-ya məxsus olan “Marsa Liquefied Natural Gas” adlı müştərək müəssisə tərəfindən gerçəkləşdiriləcək.

Layihə 33,19 % müştərək müəssisəyə məxsus olan “Mabrouk North-East” yatağında sutkada 4,25 milyon kubmetr təbii qaz hasilini nəzərdə tutur. Çıxarılan qaz “Marsa LNG” zavodu üçün xammal kimi istifadə olunacaq. Layihə çərçivəsində şirkətlər Omanın Sohar limanında ildə 1 milyon ton gücündə MTQ istehsalı zavodu tikməyi də planlaşdırır.

Qeyd edək ki, Oman dünyanın 10 ən böyük MTQ təchizatçısından biridir. Son illərdə sultanlıq Avropa və Asiya-Sakit okean regionunda təbii qaz tələbatını ödəmək üçün əlavə istehsal gücünün yaradılmasına diqqət yetirir. “Oman LNG” ildə 10,4 milyon ton MTQ istehsal edir.

Son xəbərlər

Orphus sistemi