EIA bu il Azərbaycanda gündəlik neft hasilatı ilə bağlı proqnozunu azaldıb

Energetika
  • 10 noyabr, 2021
  • 06:22
EIA bu il Azərbaycanda gündəlik neft hasilatı ilə bağlı proqnozunu azaldıb

Bu ilin yekununda Azərbaycanda gündəlik neft hasilatının orta hesabla 720 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook" hesabatının noyabr sayına istinadən xəbər verir.

Bu, oktyabr ayında verilmiş proqnozla müqayisədə 20 min barel və yaxud 2,7 % azdır.

EIA həmçinin hesab edir ki, bu ilin III rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 710 min barel olub. Bu isə aylıq müqayisədə 10 min barel və yaxud 1,4 % az, ötən ilin III rübünün göstəriciləri ilə müqayisədə isə 50 min barel və yaxud 7,6 % çoxdur.

Bundan başqa, EIA bu qənaətdədir ki, bu ilin IV rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 720 min barel təşkil edəcək. Bu da əvvəlki proqnoza nisbətən 60 min barel və yaxud 7,7 % az, ötən ilin IV rübünə nisbətən isə 30 min barel və yaxud 4,3 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti