EBRD TAP-ın maliyyələşdirilməsi ilə bağlı görüşləri davam etdirir

EBRD TAP-ın maliyyələşdirilməsi ilə bağlı görüşləri davam etdirir Maliyyələşdirmə ilə bağlı ilk müraciət 5 il əvvəl edilib
Energetika
17 Fevral , 2017 17:31
EBRD TAP-ın maliyyələşdirilməsi ilə bağlı görüşləri davam etdirir

Bakı. 17 fevral. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin birgə maliyyələşdirməsinə dair görüşləri davam etdirir. 

"Report" "İnterfax Energy"yə istinadən xəbər verir ki, bu barədə məlumatı EBRD-nin təmsilçisi Kseniya Manyuşis (Ksenia Manyushis) Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa Qaz Konfransında verib. 

K.Manyushisin sözlərinə görə, maliyyələşdirmə ilə bağlı proses hələ bitməyib: "İlk görüşmələr 5 il əvvəl TAP nümayəndələrinin EBRD-yə müraciət etdiyi vaxt başlayıb. Bu da onu göstərir ki, belə bir iri layihənin maliyyələşdirilməsi üçün danışıqlar uzun sürə bilər və buna görə də daha əvvəlcədən düşünmək lazımdır".

Son xəbərlər

Orphus sistemi