Dünyada maye karbohidrogenlərin tədarükü 2030-cu ilədək 1,6 dəfə azalacaq

Energetika
  • 08 fevral, 2024
  • 07:43
Dünyada maye karbohidrogenlərin tədarükü 2030-cu ilədək 1,6 dəfə azalacaq

2024-cü ildə dünya üzrə yeni yataqlardan hasil edilən maye karbohidrogenlərin istehlakçılara gündəlik tədarükü 85-90 milyon barel təşkil edəcəyi proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bunu "Restad" analitik konsaltinq şirkətinin Yaxın Şərq və Asiya regionu (MENA] üzrə direktoru Aditya Sarasvat bu gün Bakıda keçirilən İADS Drilling Caspian" konfransında bildirib.

Onun sözlərinə görə, 2030-cu ildə bu rəqəm azalacaq və gündəlik olaraq 55 milyon barelə çatacaq.

A. Sarasvat bildirib ki, dünyada maye karbohidrogen tədarükü azalmaqda davam edəcək. O qeyd edib ki, 2050-ci ilə bu rəqəm gündəlik olaraq 10-15 milyon barelədək azalacaq.

Analitik bu azalmanın iqlim dəyişikliyi ilə bağlı bir sıra ölkələrin götürdükləri öhdəlikləri ilə izah edib.

Son xəbərlər

Bütün Xəbər Lenti