Dünya Neft Şurası Energetika Nazirliyinin məktubuna cavab verib

Dünya Neft Şurası Energetika Nazirliyinin məktubuna cavab verib Dünya Neft Şurasının Baş direktoru Pierce Riemer Ermənistanın törətdiyi təxribatlarla bağlı Energetika Nazirliyinin müraciətinə cavab məktubu göndərib. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Energetika
584
15 Oktyabr , 2020 16:42
Dünya Neft Şurası Energetika Nazirliyinin məktubuna cavab verib
Pierce Riemer

Dünya Neft Şurasının baş direktoru Pierce Riemer Ermənistanın törətdiyi təxribatlarla bağlı Energetika Nazirliyinin müraciətinə cavab məktubu göndərib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məktubda bölgədə davam edən münaqişə və onun potensial nəticələri barədə xəbərdar olduqları və müraciətin Dünya Neft Şurasının Prezidentinə təqdim edildiyi diqqətə çatdırılıb. Baş direktor mövcud vəziyyətlə bağlı Şuranın bütün Milli Komitələrinin məlumatlandırılacağını və bu çətin dövrdə Azərbaycanı dəstəklədiklərini bildirib.

Xatırladaq ki, Energetika naziri Pərviz Şahbazov bir sıra beynəlxalq enerji təşkilatlarına Azərbaycanın neft və elektrik enerjisi infrastrukturunun hədəfə alınması barədə məlumatlar və Ermənistanın təxribatlarının qınanılmasına çağırışı əks etdirən müraciət ünvanlayıb.

Son xəbərlər

Orphus sistemi