Dünya bazarında neftin qiyməti 40 dollara yaxınlaşıb

Dünya bazarında neftin qiyməti 40 dollara yaxınlaşıb WTI markalı xam neftin qiyməti 37 dollar/barelə, "Brent"in qiyməti isə 40 dollar/barelə çatıb
Energetika
7 Mart , 2016 09:31
Dünya bazarında neftin qiyməti 40 dollara yaxınlaşıb

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün dünya bazarında xam neftin qiymətində artım müşahidə edilib. "Report" xəbər verir ki, xam neftin qiymətinin yüksəlməsinə səbəb kimi bir sıra ölkələrin hasilatı artırmamaqla bağlı qərarının səbəb olduğu açıqlanır.

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,71 dollar yaxud 1,98% artaraq 36,63 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,77 dollar və ya 1,99% bahalaşaraq 39,49 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 42 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi