Yuxarı

Dünya bazarında neft ucuzlaşıb

Brentin bir barelinin qiyməti 3,30% və ya 2,00 dollar ucuzlaşaraq 60,53 dollar olub

Bakı. 19 fevral.REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,67% yaxud 1,39 dollar ucuzlaşaraq 52,14 dollar təşkil edib.
"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 3,30% və ya 2,00 dollar ucuzlaşaraq 60,53 dollar olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 59 dollar/barel olacağı proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi