​Dünya bazarında neft daha da ucuzlaşıb

​Dünya bazarında neft daha da ucuzlaşıb Neftin 2014-cü il üzrə orta qiymətinin 61 dollar/barel olacağı proqnozlaşdırılır
Energetika
30 Dekabr , 2014 09:22
​Dünya bazarında neft daha da ucuzlaşıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,09% yaxud 1,12 dollar ucuzlaşaraq 53,61 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində azalma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 2,71% və ya 1,57 dollar ucuzlaşaraq 57,88 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2014-cü il üzrə neftin orta qiymətinin 61 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi